ncim-文本歌词

ncim-文本歌词

Pranga&Xzr Azadbyli
发行日期:

Eşidəndə dəyişmişəm dünyamı

Çiçəklər də haray salsa, incimə

Demirdinmi, alacaqsan canım?

Ruhum getsə, canım qalsa, incimə

Heç bildinmi, səndən nələr çəkdi can?

Dərdlərindən, bildin, necə çökdü can?

Bir dənə idi, elə bildin, çoxdur can?

Vicdanında qanım qalsa, incimə

Bir dənə idi, elə bildin, çoxdur can?

Vicdanında qanım qalsa, incimə

Bir dənə idi, elə bildin, çoxdur can?

Vicdanında qanım qalsa, incimə

Həmin uvertürada, ‘’Giuseppe Tornatore’’

Fonda «Синяя Вечность»

Bahalı hotel foyelərində ucuz qadınlar

Yanımda qalmayan hər kəs qalırdı yadımda

Sən ‘’Apollina, Padrino, Brucia la Terra’’

Köhnə pavilyon, hekayən də ‘’Mavera’’

Əkdiyin tənhalığı biçirsən indi

Eşitdim ki, başqa adamlarla içirsən artıq

Məndən incimə, sənə yazmaq olmur artıq

Bax indi Çingiz də Börtəyə vurulmur artıq

Daha uşaqlıq edən yox, uşağa baxan yaşımdır

Atamın şilləsi üçün darıxan yaşımdır

Sən də yadımdasan, köhnə fraqmentlərdə

Tozlu kasetlərdə, rəngi gedən lentlərdə

Deməli, hərdən yanmaq lazım, alışmaq azdır

Səni bağışlasam, özümü bağışlamazdım

Kar qəlbini daha necə səsləyim?

Sevgidənsə, bəlkə, nifrət bəsləyim?

Daş ürəklim, can çürüdən tərsliyin

Məni səndən vaxtsız alsa, incimə

Daş ürəklim, can çürüdən tərsliyin

Məni səndən vaxtsız alsa, incimə

Ey daş ürəklim, can çürüdən tərsliyin

Məni səndən vaxtsız alsa, incimə